O ölkədə məhkumlara yer qalmadı – Başqa ölkədən həbsxana kirayələyəcəklər

  • 14:37 - 16 Dekabr

Danimarka Ədliyyə Nazirliyi ölkədə məhbusların sayının artması səbəbindən həbsxanalarda yer qalmayacağını və Kosovodan 300 həbsxana kamerasının icarəyə veriləcəyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Danimarka Ədliyyə Nazirliyinin yaydığı açıqlamada ölkədə həbsxana imkanlarının daha da genişləndirilməsi qərara alınıb. 

Anlaşma Danimarkadan deportasiyaya məhkum edilmiş əcnəbilərə Kosovoda 300 həbsxananın icarəyə verilməsi təşəbbüsünü ehtiva edir.

2015-ci ildən ölkədə məhbusların sayının 19 faiz artdığı bildirilsə də, rəsmi statistikaya görə, 2021-ci ilin əvvəlinə ölkədə 4000-dən çox insan cəza çəkib və tutum 100 faiz aşıb. 

Danimarkanın ədliyyə naziri Nik Haekkerup qərarla bağlı verdiyi açıqlamada hökumətin həbsxanaların çox ehtiyac duyulan bərpasına başlamaq üçün geniş bir razılaşma əldə edildiyini deyib: "2025-ci ilə qədər həbsxanada min yer əskik olacaq. Razılaşma ilə biz məcburi öhdəliyi öz üzərimizə götürürük. Kosovoda həbsxanaların icarəsi ilə bağlı işlərin görülməsi ilə razıyıq və Danimarka həbsxanalarını həm qısa, həm də uzunmüddətli perspektivdə daha çox kamera ilə genişləndiririk”.


Oxunma sayı: 5523

Oxşar yazılar