ÜST dünyada koronavirusdan ölüm hallarının azaldığını bildirir

  • 11:20 - 15 Dekabr

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən həftə ilə müqayisədə dünyada yeni koronavirusa yoluxma hallarının 5 faiz, ölüm hallarının isə 10 faiz azaldığını bildirib. 

Avropa.info xəbər verir ki, bu barədə ÜST-ün yaydığı məlumatda qeyd olunur.

“Son həftə ərzində həm yeni yoluxmaların, həm də ölüm hallarının sayı əvvəlki həftə ilə müqayisədə müvafiq olaraq 5 faiz və 10 faiz azalıb”, - departamentin epidemioloji bülletenində deyilir. 

Statistikaya görə, son bir həftə ərzində dörd milyondan çox yoluxma müəyyən edilib və 46 961 ölüm qeydə alınıb. Qeydə alınan ölümlərin 65 faizi və ölümlərin 60 faizi Avropanın payına düşür. Həftədə ən çox koronavirusa yoluxanların sayı ABŞ-da (674 019) qeydə alınıb. Rusiya beşinci yerdədir (215 283). 

Qeyd edək ki, bundan əvvəl dünyada koronavirusa qarşı edilən peyvəndlərin sayının səkkiz milyardı ötdüyü bildirilirdi. Peyvəndlərin əksəriyyəti (4,16 milyard) üç ölkədə - Çində (2,5 milyard), Hindistanda (1,2 milyard) və ABŞ-da (0,46 milyard) olub. Ümumilikdə dünyada insanlar 8,03 milyard doza COVID-19 peyvəndi alıblar. 


Oxunma sayı: 1915

Oxşar yazılar