Vətən Müharibəsində cəbhədən təxribatçı məlumatlar yayan Semyon Peqov xüsusi xidmət orqanları tərəfindən saxlanıldı

  • 01:50 - 15 Dekabr

Vətən Müharibəsi zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan, ​"WarGonzo"nun ermənipərəst "jurnalisti" Semyon Peqov Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Avropa.info xəbər verir ki, öz feyk xəbərləri ilə məşhur olan rusiyalı “jurnalist” Kişinyov aeroportunda saxlanılaraq, üzərində və əşyalarında axtarış aparılıb.

Xatırladaq ki, Semyon Peqov postsovet məkanında mövcud münaqişə zonalarında cərəyan edən prosesləri təhrif edərək işıqlandıran və Rusiyada yaşayan erməni mediamaqnat Aram Qabrelyanov tərəfindən informasiya müharibəsi aləti kimi istifadə edilən "jurnalist"dir.


Oxunma sayı: 8757

Oxşar yazılar