SENSASİYA: BƏƏ ABŞ-dan F-35 və MQ-9 Reaper PUA-ları almaqdan İMTİNA ETDİ - Əbu-Dabi 23 milyardlıq müqavilədən çıxır

  • 00:37 - 15 Dekabr

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-dan F-35 və MQ-9 Reaper PUA-ları almaqdan imtina edir. 

Avropa.info xəbər verir ki, bu haqda "Wall Street Journal" BƏƏ hökumət qaynaqlarına istinadən məlumat yayıb.

İddiaya görə, BƏƏ ABŞ-ın nəzərdə tutduğu təhlükəsizlik şərtlərini əsas gətirərək F-35 təyyarələri, MQ-9 Reaper silahlı pilotsuz uçuş aparatları (SİHA) və qabaqcıl döyüş sursatları da daxil olmaqla 23 milyard dollar dəyərində silah alqı-satqı müqavilələrindən çıxmaq istəyir. 

"Wall Street Journal"-ın xəbərinə görə, Əbu-Dabi administrasiyası Vaşinqtonun F-35-lə bağlı danışıqları dayandırıb.

"Təhlükəsizlik şərtləri, suveren əməliyyatlara qoyulan məhdudiyyətlər və xərc hesablamaları bu satınalmalara problemlər yaradır", - deyə BƏƏ rəsmilərindən biri "Wall Street Journal"a deyib.

Pentaqonun sözçüsü Con Kirbi isə keçirdiyi mətbuat konfransında xəbəri təkzib etməyib. "ABŞ və BƏƏ arasında tərəfdaşlıq əlaqələri silah satışından daha strateji və mürəkkəbdir. Biz BƏƏ-nin satışla bağlı suallarını cavablandırmağa hazırıq", -deyə Pentaqon sözçüsü bildirib.

Kirbi sabah ABŞ və BƏƏ müdafiə rəsmiləri ilə keçirəcəkləri görüşlərdə bu məsələnin ətraflı müzakirə ediləcəyini deyib. 


Oxunma sayı: 7283

Oxşar yazılar