Haitidə yanacaq daşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 60-a çatıb - YENİLƏNİB

  • 22:35 - 14 Dekabr

Haitinin şimalındakı Kap-Aityen şəhərində yanacaq daşıyan yük maşınının partlaması nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.

Hadisə zamanı onlarla insan yaralanıb.

  •  

Faciə ilə bağlı Haitidə 3 günlük matəm elan olunub.

 

***

Saat 17:02

Haitinin şimalındakı Kap-Aityen şəhərində yanacaq daşıyan yük maşınının partlaması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

Daha 50 nəfərin xəsarət aldığı bildirilir.

Yanğın yerli vaxtla təxminən gecə yarısı (Bakı vaxtı ilə saat 09:00) radələrində baş verib. İlkin məlumatlara görə, yük avtomobili yolda aşdığı zaman yoldan keçənlər fürsətdən istifadə edərək yanacaq çənlərini doldurublar. Ehtimallara görə, bundan sonra insan və maddi tələfatla nəticələnən partlayış baş verib. Alov bir neçə saata söndürülüb.

***

15:52

Haitinin Kap-Aityen şəhərində yanacaq daşıyan maşının partlaması nəticəsində azı 40 nəfər həlak olub.

Yanacaq daşıyan maşın qəzaya uğrayıb, bundan sonra sakinlər yanacaq toplamaq üçün qəza yerinə toplaşıb.

Qısa müddət sonra çən partlayıb və yanmağa başlayıb.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.(apa)


Oxunma sayı: 2773

Oxşar yazılar