Macarıstanda miqrantları daşıyan furqon yaşayış binasına çırpıldı: 7 nəfər öldü, 4 nəfər yaralandı

  • 17:13 - 14 Dekabr

Macarıstanda qeyri-leqal miqrantları daşıyan furqon yaşayış binasına çırpılıb. Hadisə nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb. 

Avropa.info xəbər verir ki, hadisə ölkənin cənubunda, Çonqrad-Çanad yolunda baş verib. 

Çonqrad-Çanada polisinin məlumatına görə, Serbiya nömrə nişanlı avtomobilin sürücüsü polis postunda yoxlamadan yayınmağa çalışıb. Sürücünün özü də yaralanaraq nəzarətə götürülüb. 

Polis insan alveri və ölümlə nəticələnən avtomobil qəzaları ittihamı ilə cinayət işi açıb.


Oxunma sayı: 1860

Oxşar yazılar