Zelenski Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında toplanmasının səbəbini AÇIQLADI

  • 17:12 - 14 Dekabr

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfinin öz vədlərini pozduğunu nəzərə alaraq, Kiyevin NATO-ya üzvlükdən imtinası ilə bağlı təminat tələb etməsini qəribə hesab edir. 

Avropa.info xəbər verir ki, o, bu barədə İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib. 

“Dövlətimiz dünyanın üçüncü ən güclü Sovet nüvə arsenalının bir hissəsini verdi və bunun müqabilində Rusiya da daxil olmaqla, sərhədlərimizə və təhlükəsizliyimizə hörmətlə yanaşmağa zəmanət verdi. Bütün bunlar zibil qutusuna atıldı. Ona görə də Rusiya tərəfinin bu qədər vədləri artıq Rusiya tərəfinin özü pozduğu halda, hansısa təminat tələblərini eşitmək təəccüblüdür”, - deyə Zelenski Kiyevin NATO-ya üzvlükdən mümkün imtinası ilə bağlı suala cavab verib. 

Ukrayna dövlətinin başçısı Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında toplanmasının səbəbini açıqlayıb. “Sərhədimizə yaxın olan qoşunlar nə üçün istifadə olunur? Bu, şantaj üçün potensialdır. Və hər şeydən əvvəl Qərb dövlətlərinə qarşıdır”, - deyə Zelenski hesab edir. 

Onun sözlərinə görə, Rusiya qoşunlarının sayı artmaqda davam edərsə, şantaj daha da şiddətlənəcək ki, bu da Ukraynaya və ola bilsin ki, bütövlükdə regiona qarşı təcavüzə hazırlıq kimi qəbul edilə bilər. 

Zelenski qeyd edib ki, Ukrayna şərq sərhədlərində baş verənlərdə heç bir sürpriz görmür: “Rusiya bu müharibəyə 2014-cü ildə başlayıb və o vaxtdan biz istənilən ssenariyə hazırıq. Təəssüf ki, bunu bütün Avropa ölkələri haqqında demək olmaz”.


Oxunma sayı: 2817

Oxşar yazılar