Pandemiyanın bitəcəyi tarixlə bağlı PROQNOZ: ÜST və Dünya Bankı yeni hesabat yaydı

  • 16:57 - 14 Dekabr

Yer üzündə yarım milyarddan çox insan səhiyyə xərclərinin artması səbəbindən özlərini həddindən artıq yoxsulluq içində tapıblar. Avropa.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Bankının yeni hesabatında deyilir. 

Birgə araşdırma Ümumdünya Sağlamlığı Əhatə etmə Gününə həsr olunub. 

BMT-nin baş katibi Antonio Quterreş bu münasibətlə yazdığı mesajda bildirib ki, pandemiyanın üçüncü ili yaxınlaşdıqca, beynəlxalq ictimaiyyət təcili olaraq milli səhiyyə sistemlərini gücləndirməli, onları daha ədalətli, davamlı və əhalinin bütün təbəqələrinin onlara çıxışını təmin etməlidir.. 

Quterreş təkrarlayıb ki, ötən il COVID-19 peyvəndlərinin qeyri-bərabər paylanması bəşəriyyətin ən varlı hissəsinin eqoizminin təzahürlərindən biridir. 

“Biz bu kədərli təcrübədən dərs almalıyıq. Pandemiya hamı üçün bitənə qədər heç kim üçün bitməyəcək”, - deyə BMT rəhbəri vurğulayıb. 

ÜST və Dünya Bankının hesabatlarına görə, pandemiyadan əvvəl dünyanın bir çox ölkəsi effektiv universal tibb istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edib, lakin bu irəliləyiş zamanın sınağından çıxmayıb. 

2019-cu ildə dünya əhalisinin 68 faizi əsas səhiyyə xidmətləri ilə əhatə olunub, lakin əhatə dairəsi hətta orta gəlirli ölkələrdə qeyri-bərabər olub. 

Nəticədə, ən yoxsul insanlar və kənd yerlərində yaşayan insanlar ehtiyac duyduqları səhiyyə xidmətini almaqda varlı və şəhər sakinlərinə nisbətən daha çətin idi. 

ÜST və Dünya Bankı xəbərdarlıq edir ki, dünyanın maliyyə çətinlikləri yoxsulluq artdıqca, gəlirlər azaldıqca və maliyyə sahəsində hökumət məhdudiyyətləri artdıqca daha da pisləşə bilər. 

"Bu dəfə biz növbəti mümkün pandemiya kimi gələcək şoklara tab gətirə biləcək qədər möhkəm səhiyyə sistemləri qurmalıyıq", deyilir.


Oxunma sayı: 4456

Oxşar yazılar