Zaxarova Belarusun ABŞ sərhədində miqrantlara yardımını lağa qoydu

  • 15:40 - 14 Dekabr

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bir qrup miqrantın Meksika-Amerika sərhədini üzərək keçdiyi videonu yayıb. 

Avropa.info xəbər verir ki, o, görüntüləri Polşa-Belarus sərhədindəki miqrasiya böhranı ilə əlaqələndirib.

"Görünür, prezident Lukaşenko Belarus Hərbi Dəniz Qüvvələrini Texas sahillərinə köçürüb. Belarus sualtı qayığının onları aşağıdan dəstəklədiyinə heç kimin şübhəsi olmasın. Müəmma AŞPA-nın diqqətini cəlb etmədən Minskin bunu necə bacarmasıdır” , - Zaxarova Telegram-da zarafat edib.


Oxunma sayı: 2476

Oxşar yazılar