"Türkiyə istədiyi bölgəni ələ keçirmək gücündədir, lakin..." - Rus mediası "Bayraktar"ların Ankaraya gətirdiyi hərbi və siyasi güc HAQDA

  • 00:33 - 13 Dekabr

"Türkiyənin "Bayraktar TB2" PUA-ları onların qarşısını ala bilməyən bütün ölkələri narahat etməlidir."

Avropa.info xəbər verir ki, bu sözlər Rusiyanın "TopWar" saytında dərc olunmuş analiz yazısında bildirilir. Şərqşünas Yuri Maraşevin qələmə aldığı analiz yazısında "Bayraktar TB2"-lərin Türkiyəyə gətirdiyi gücdən bəhs edilir.

"Türklər hər hansı bölgəni ələ keçirmək istəsəydilər, bunu edə bilərlər. Halbuki onların belə bir hədəfi yoxdur. Sadəcə indiki sərhədləri daxilində özlərini olduqca rahat hiss etmək istəyirlər. "Bayraktar"ların uçuşlarına gəlincə, bu barədə spekulyasiyalar onları zərərsizləşdirmək üçün silahı olmayan hər bir ölkəni narahat etməlidir. Türklərin Qərblə qarşılıqlı əlaqə təcrübəsi var və bundan istifadə edirlər. Qərb mövqelərini itirir və bölgədə siyasi boşluq yaradır.Bütün dünya Rusiyanın Ukrayna ilə müharibəyə başlamasını gözlədiyi bir vaxtda Türkiyə "Bayraktar"ları Ankara üçün bir çox həssas nöqtələrdə gözə çarpan şəkildə çoxaldı. Digər ölkələr isə bu prosesə qarşı addımlar ata bilmir.

Ötən həftə Türkiyənin beş PUA-sı İdlib üzərində kəşfiyyat uçuşu həyata keçirdi. İran və Ermənistan sərhədində səmada Türkiyənin daha iki PUA-sı kəşfiyyat uçuşları həyata keçirib. Türkiyə bir çox sahədə nüfuz sahibi olmaq istəyir və Şimali Afrika, Əfqanıstan və Orta Asiyaya qədər təsir dairəsini artırmağa çalışır. Mən Türkiyə PUA-larının səfərbər olmasını kiminsə torpağından “bir parça qoparmaq” planları ilə əlaqələndirmirəm.

Məlumdur ki, Suriya uzun müddətdir Ankara üçün problemdir. Türklər Suriyada nəzarət etdikləri torpaqlardan kifayət qədər razıdırlar. Qalan hissələrdə isə insani əməkdaşlığı vurğulayan başqa yollarla işləyir.

Rusiyaya gəlincə, Moskva ilk növbədə sözdə müttəfiqi prezident Bəşər Əsəddən ehtiyatlı olmalıdır. Əsəd uzun müddət müttəfiq olmayan davranışlar sərgiləyərək, Rusiyanın təsirini minimuma endirərək, İranın təsirini artırır.  

Prezident Rəcəb Tayyib Ərdoğanın arxasında duran motivləri düzgün anlamaq vacibdir. Məsələn, Türkiyə Rusiya-Ukrayna münaqişəsində vasitəçilik etməkdə maraqlı olduğunu bildirəndə bəzi politoloqlar Ərdoğanın Donetsk və Luqanskdakı vəziyyətə müdaxilə edəcəyindən bəhs edirlər. Türkiyə bu açıqlama ilə güc olaraq aktiv rol oynamağa başladığını göstərdi.

Bundan əlavə, Türkiyə Qərb ölkələrinin iştirakı olmadan Qafqaz regionunda yeni strukturlaşma formulunu təklif edir. “3+3″: Ermənistan, Azərbaycan, Gürcüstan və Rusiya, İran, Türkiyə", - deyə Yuri Maraşevin analiz yazısında qeyd olunur. 

Avropa.info


Oxunma sayı: 10176

Oxşar yazılar