Azərbaycan Prezidentinin köməkçisi "Istanbul Photo Awards" sərgisi ilə tanış olub

  • 21:38 - 11 Dekabr

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Stratcom 21 Beynəlxalq Strateji Kommunikasiyalar Sammitinin keçirildiyi İstanbuldakı Haliç Konqres Mərkəzində Anadolu agentliyinin təşkilatçılığı ilə keçirilən “İstanbul Foto Mükafatları 2021” sərgisi ilə tanış olub. 

Avropa.info xəbər verir ki, Hikmət Hacıyev ekspozisiya ilə tanış olub, fotoşəkillərdə əks olunan hadisələrlə maraqlanıb. 

Xəbərlər, idman, portretlər və cəmiyyət kateqoriyaları üzrə müsabiqə qaliblərinin fotoşəkilləri qonağın xüsusi diqqətini çəkib. 

Sərgi zamanı Hacıyevi Türkiyənin Bakıdakı səfirliyinin müşaviri Hüseyn Altınalan müşayiət edib. 


Oxunma sayı: 7844

Oxşar yazılar