Rusiyanın Ukraynaya hücum cəhdi - Putin TƏHLÜKƏDƏ

  • 18:43 - 11 Dekabr

Son günlər Rusiyanın Ukraynaya hücum təhlükəsi haqqında müxtəlif fikirlər var. Bununla birlikdə Ukraynaya hücum olarsa, Rusiyaya qarşı birlik də formalaşır. Bu da ABŞ və NATO ölkələridir.

Ötən ayın sonlarından etibarən isə rusiyalı diplomatlar Amerikanın müharibə təhlükəsi iddialarına daha sərt cavablar verməyə başlayıblar.

Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Toni Radak da ötən gün Rusiyanın Ukraynanı işğal cəhdi Avropada İkinci Dünya müharibəsindən indiyədək görülməmiş vəziyyət yaradacağını deyib.

Bu danışıqlar yeni müharibənin ilk qığılcımlarıdırmı?

Avropa.info-nun məlumatına görə, politoloq Qabil Hüseynli modern.az-a danışarkən bildirib ki, Rusiyanın Ukraynaya qarşı hücumu baş tutmayacaq:

“Rusiya Ukrayna məsələsində çox riskli addımlar atır. Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı təcavüzünü dayandırmaq üçün maksimum səylər göstərir. Eyni zamanda, ABŞ-ı da bu məsələyə cəlb etmək istəyir və müəyyən qədər də nail olur.

Mən düşünürəm ki, əgər Rusiya Ukraynaya hücum etsə, bölgədə çox ciddi proseslər baş verəcək. Rusiya da hesab edir ki, Ukrayna NATO-ya daxil olsa, hücum edib Ukraynanı parçalayacaq.

Mən güman edirəm ki, Rusiya da ciddiyyətin fərqindədir və nələr olacağını dərk edir. Buna görə Rusiyanın hücumunu cilovlamaq mümkün olacaq”.

Politoloqun sözlərinə görə, Rusiya qəfildən zərbə endirməyə çalışsa da, nəticəsiz qalacaq və bu Rusiyanın daxili proseslərini idarə edilməz hala gətirəcək:

“Əgər münaqişə baş verərsə, Rusiya nüvə silahı atmaqla təhdidə keçəcək. Qərbin nüvə silahından qorunmaq üçün kifayət qədər imkanları var. Rusiyanın atom başlıqlı raketlərini zərərsizləşdirmək üçün Amerika tərəfindən bütün vasitələr gətirilib.

Mənim zənnimcə, Rusiya qəflətən zərbə endirməyə çalışsa da, bu zərbələr hədəfinə çatmayacaq. Amma bu zərbə nəticəsində Rusiyada daxili proseslər idarə edilməz hala gələcək. Putinin özünü də ciddi təhlükələr gözləyə bilər.

Bu barədə, yəqin ki, Rusiyanın siyasi elitası ciddi analizlər aparır və mümkün proqnozları nəzərdə keçirirlər.

Demək istəyirəm ki, Rusiya Ukraynaya qarşı sui-qəsd planından əl çəkməsə, bu prosesdə özü uduzacaq”.


Oxunma sayı: 4852

Oxşar yazılar