Moskvada Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib - FOTO

  • 17:10 - 11 Dekabr

Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Azərbaycanın Rusiyadakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiyanın tanınmış siyasi və ictimai xadimləri, vaxtı ilə Heydər Əliyevlə birlikdə çalışmış şəxslər, Azərbaycana dost ölkələrin səfirləri iştirak ediblər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, 2006-cı ildən etibarən Azərbaycan xalqının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin anım günü Səfirliyin binasında keçirilir: “Heydər Əliyev Qara Yanvarın ertəsi günü, 1990-cı il yanvarın 21-də məhz bu binaya gəlib çıxış edərək Sovet İttifaqı rəhbərliyini Bakıda törədilmiş cinayətdə ittiham edib. Yaşlı nəslə Sovet İttifaqında ölkənin siyasi rəhbərliyinə qarşı çıxmağın nə olduğunu izah etməyə ehtiyac yoxdur. Buna baxmayaraq, 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verən, bunu ictimaiyyət qarşısında söyləməkdən çəkinməyən, Azərbaycanın o zaman düşdüyü informasiya blokadasını yaran də məhz Heydər Əliyev olub. İnsanlar başa düşdülər ki, Heydər Əliyevsiz Azərbaycan çox çətin vəziyyətə düşüb. 1993-cü ildə Heydər Əliyev artıq suveren Azərbaycanın rəhbərliyinə qayıtdı və çox qısa müddətdə tamamilə görkəmli addımlar atdı, o cümlədən Qərb ölkələrinin neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladı. Ola bilsin ki, bugünkü zirvədən bu haqda danışmaq daha asan ola bilər, amma o vaxt bu bir cəsarət idi və qısa müddətdə respublika tamam başqa cür inkişaf etməyə başladı. Heydər Əliyev ölkəyə qayıdanda Azərbaycan vətəndaş müharibəsinin astanasında idi və onun bu qədər qısa zamanda cəmiyyəti sakitləşdirib hər şeyi qaydaya sala biləcəyinə inanmaq çətin idi.

Mən Heydər Əliyev haqqında saatlarla danışa bilərəm, çünki bu şəxsiyyət mənim həyatımda xüsusi rol oynayıb. Təbii ki, 1960-1970-ci illərin qovşağında Azərbaycanın yaradıcı insanlarının bütün uğurları Heydər Əliyevin adı ilə bağlı olub. Sonra mədəniyyət naziri oldum. 1993-cü ildə isə Heydər Əliyev hakimiyyətə qayıdanda məni bu vəzifədə saxlamağı lazım bildi. 10 il mədəniyyət naziri kimi onun komandasında işləmişəm. Mənim həyatımda Heydər Əliyevin rolu çox böyükdür”.

Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr Komitəsinin sədri Leonid Slutski qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev atasının vəsiyyətini yerinə yetirərək Azərbaycanı enerjidən asılı olmayan, iqtisadiyyatı çiçəklənən dövlətə çevirdi, Dağlıq Qarabağ kimi qanayan problemi gələcək nəslin öhdəsinə buraxmadı: “Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, ən çətin və qeyri-standart vəzifələri həll etməyə qadirdir. Müasir Azərbaycan bir çox mühüm layihələrə imza atıb. Avropa Oyunları, Bakı Humanitar Forumu və s. Elm və ali təhsil müəssisələri, tibb və mədəniyyət sahələri ölkədə çiçəklənir. Bütün bunlar dahi insan, müasir Azərbaycan dövlətinin qurucusu, son dərəcə müdrik insan olmaqla, xalqının mənafeyini daim ön planda tutan, minlərlə insanı öz ətrafına toplayan Heydər Əliyevin vəsiyyəti ilə həyata keçirilir. Heydər Əliyev evinə, torpağına qayıtdı və xalqının lideri oldu. O, əbədi olaraq lider qalacaq. Əsrlər keçəcək və Azərbaycana rəhbərlik edəcək şəxslər özlərini, gələcəyini, həyat və karyerasını Heydər Əliyevin koordinat sistemində mövqeləndirəcəklər”.

L. Slutski bildirib ki, bu gün Rusiya və Azərbaycanı sıx əməkdaşlıq əlaqələri birləşdirir: “Bizim üçün postsovet məkanında Azərbaycandan etibarlı tərəfdaş yoxdur, özü də təkcə postsovet məkanında deyil. Ona görə də fəxr edirəm və xoşbəxtəm ki, biz bir çox maraqlı vəzifələri birlikdə həll etmişik. O cümlədən, Avropa Şurasının platformasında İlham Əliyev Milli Məclisin nümayəndə heyətinə rəhbərlik edərkən biz çoxlarına sübut etdik ki, Azərbaycanla, həmçinin Rusiya Federasiyası ilə bağlı faktların təhrif edilməsinin xalqlarımızın düşüncə və istəkləri ilə, ölkədə baş reallıqlarla heç bir əlaqəsi yoxdur”.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev çıxışında Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Tədbir çərçivəsində Rusiyanın uşaq Fondunun sədri Albert Lixanovun “Yaddaşda solmur” kitabının təqdimat mərasimi də baş tutub.

Kitabda fondun yaranma dövrü və Heydər Əliyevin SSRİ hökuməti sədrinin birinci müavini kimi bu işdə oynadığı əvəzsiz rol haqqında Albert Lixanovun xatirələri yer alıb.

Foto

Moskvada Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib - FOTO
Moskvada Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib - FOTO
Leonid Slutski
Asəf Hacıyev

Oxunma sayı: 6095

Oxşar yazılar