Türk Ordusu şəhidlərinin qisasını aldı: İraqın şimalında 20 PKK terrorçusu məhv edildi

  • 14:03 - 11 Dekabr

Türkiyə təhlükəsizlik qüvvələri İraqın şimalında 20 RKK terrorçusunu zərərsizləşdirib. 

Avropa.info xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ölkə parlamentində çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, əməliyyat Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə razılaşdırılaraq həyata keçirilib. Öldürülən silahlılar arasında "Pençe-Yıldırım" antiterror əməliyyatı bölgəsində üç türk hərbçisinin ölümündə iştirak edənlər də var. 

Nazir bildirib ki, terrorçuların mövqelərinə qurudan və havadan zərbələr endirilib. 

Nazir vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatları “son terrorçu zərərsizləşdirilənə qədər” qətiyyətlə davam edəcək. Akar, "Heç kimin şübhəsi olmasın" deyib. 

Xatırladaq ki, bundan əvvəl İraqın şimalında "Pençe-Yıldırım" antiterror əməliyyatı aparılan ərazidə RKK silahlılarının hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisinin şəhid olduğu bildirilmişdi. 


Oxunma sayı: 7195

Oxşar yazılar