Prezident İlham Əliyev: Qarabağı görməyən gənc nəsil yetişdi, onlar Qarabağı canı-qanı bahasına azad etdilər

  • 21:35 - 06 Dekabr

Qarabağı görməyən gənc nəsil yetişdi, onlar Qarabağı canı-qanı bahasına azad etdilər.

Bunu Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində sakinlərlə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

"Qarabağ müharibəsinə, bu, bizim hamımızın Qələbəsidir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə, öz işi ilə o müqəddəs günü yaxınlaşdırırdı. Biz bütün işğal dövründə Qarabağı ürəyimizdə saxlamışdıq və Qarabağı görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır".


Oxunma sayı: 2146

Oxşar yazılar