İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi III oxunuşda qəbul olundu

  • 12:14 - 03 Dekabr

Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Avropa.info-nun xəbərinə görə, layihəni Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.

Qeyd edək ki, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlərinin 180 375 536,0 manat, xərclərinin 180 375 536,0 manat məbləğində olması proqnozlaşdırılır.


Oxunma sayı: 1464

Oxşar yazılar