Çavuşoğlu Lavrovla Stokholmda Qarabağdakı vəziyyəti müzakirə etdi

  • 10:31 - 03 Dekabr

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı Stokholmda rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb. 

Avropa.info xəbər verir ki, bu barədə Çavuşoğlu Rusiya xarici işlər naziri ilə görüşündən sonra “Twitter” səhifəsində yazıb. 

“Biz ATƏT Nazirlər Şurasının iclası çərçivəsində ikitərəfli əlaqələri, həmçinin regional prosesləri, o cümlədən Suriya, Liviya, Ukrayna və Qafqazdakı vəziyyəti müzakirə etdik”, - deyə o qeyd edib

Görüşün nəticələri Moskvada da şərh edilib. 

“Xarici işlər orqanlarının rəhbərləri əsas ikitərəfli məsələlərə “sinxron baxış” keçirib, həmçinin Cənubi Qafqazda vəziyyətin daha da sabitləşdirilməsi də daxil olmaqla, iki ölkənin regional yollar üzrə səylərinin əlaqələndirilməsini müzakirə ediblər. Bosniya nizamlanmasına kömək etmək üçün birgə addımların atılmasının mümkünlüyü müzakirə olunub. Beynəlxalq gündəm üzrə fikir mübadiləsi aparılıb: Suriya, Liviya, Ukrayna”, - Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.


Oxunma sayı: 1321

Oxşar yazılar