"14 azərbaycanlı qardaşımız şəhid olub, daha 2-si yaralanıb" - Ərdoğan Azərbaycandakı helikopter qəzasından danışdı

  • 14:07 - 01 Dekabr

"Azərbaycanda təəssüflər olsun ki, bir helikopterin qəzaya uğraması nəticəsində 14 azərbaycanlı qardaşımız şəhid olub, daha 2-si yaralanıb".

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə telekanallarına verdiyi müsahibəsində deyib.

"İlham Əliyev qardaşıma da başsağlığı verdim. Allahdan şəhidlərimizə rəhmət diləyirəm", - deyə Ərdoğan bildirib.


Oxunma sayı: 3609

Oxşar yazılar