İrəvanın Respublika meydanında mitinq keçirilir: Azərbaycanla imzalanacaq sənədlər... - FOTO

  • 15:22 - 22 Noyabr

İrəvanda Karin Tonoyanın “5165” partiyası və tərəfdarları hökumət binası qarşısında etiraz aksiyası keçirir. Avropa.info "Sputnikarmeniya"ya istinadən xəbər verir ki, aksiya iştirakçılarının əsas tələbi Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı təklif olunan sənədin məzmununu təqdim etməsidir. 

“5165” partiyasının təsisçisi Menua Soqomonyan bildirib ki, aksiya dinc xarakter daşıyır, onlar yalnız baş nazirdən vədlərində ardıcıl olmasını və imzalamağa hazır olduğu delimitasiya və demarkasiya ilə bağlı sənədin məzmununu açıqlamağı tələb edirlər. 

Активисты движения 5165 на площади Республики (22 ноября 2021). Еревaн - Sputnik Армения, 1920, 22.11.2021

"Başqa müraciətimiz, başqa gündəliyimiz yoxdur. Təşəbbüs siyasi və tərəfsizdir. Baş nazir özü bildirib ki, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı ona üç təklif daxil olub. Daha sonra ona dördüncü təklif təqdim olunub və o bu təklifi məqbul hesab edir”, - Soqomonyan bildirib. 

Активисты движения 5165 на площади Республики (22 ноября 2021). Еревaн - Sputnik Армения, 1920, 22.11.2021

Onun sözlərinə görə, Paşinyan istənilən qərarla bağlı ictimaiyyəti məlumatlandıracağını bəyan edib. Məhz bu məntiq kontekstində sənədin məzmununun açıqlanmasını tələb edirlər. 

Soqomonyan Ermənistan hökumətinə müraciətini də oxuyub. Orada deyilir ki, partiyanın sənədin Ermənistan üçün məqbul olmasına şübhələri var. Onlar bu sənədin Ermənistanı öz ərazilərinin, strateji qovşaqlarının və yüksəkliklərinin əhəmiyyətli bir hissəsini verməyə məcbur edəcəyindən, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınacağından şübhələnirlər.


Oxunma sayı: 6271

Oxşar yazılar