ABŞ-da Milad paradında dəhşət yaşandı: 5 nəfər ölüb, 40-dan çox insan yaralanıb - VİDEO

  • 14:30 - 22 Noyabr

ABŞ-ın Viskonsin ştatında avtomobil Milad korteji ilə toqquşub, nəticədə 5 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Avropa.info bildirir ki, bu barədə Vaukeşa şəhərinin bələdiyyəsi məlumat yayıb. 

Sosial şəbəkələrdə paylaşılan video görüntülərdə qırmızı rəngli avtomobilin sürətlə izdihamın üzərinə çırpılması görünür.

Görüntülərdə hadisədən sonra çaxnaşma və yerdə uzanan qurbanların anları da əks olunub. 

Vaukeşa Şəhər Polis İdarəsinin rəisi Den Tompson, izdihamın üzərinə çıxan avtomobilin tapıldığını, polisin işdə şübhəli bilinən şəxsi saxladığını söyləyib.

Səlahiyyətlilər hələ ki, saxlanılan şəxsin kimliyini açıqlamayıb. 

Vaukeşa şəhərində isə insidentlə əlaqədar məktəblərdə dərslər ləğv edilib.


Oxunma sayı: 2355

Oxşar yazılar