Konqoda Çin vətəndaşları oğurlanıb

  • 19:05 - 21 Noyabr

Bu gün Konqo Demokratik Respublikasının şərqində qızıl şaxtası ərazisində 7 Çin vətəndaşı oğurlanıb.
Naməlum şəxslər Çinin “Bayond Mining” şirkətinin idarəetməsində olan şaxtanı atəşə tutub.
Nəticədə şaxtanın mühafizəsini təmin edən konqolu hərbçilərdən biri ölüb. Silahlılar 7 çinli mütəxəssisi oğurlayıblar.
Konqo hökuməti çinlilərin xilas edilməsi üçün bölgəyə əlavə polis qüvvələri göndərib.
Hücumu hansı qrupun təşkil etdiyi hələlik məlum deyil.
Qeyd edək ki, son aylar Cənubi Kivu əyalətində Çinin “Bayond Mining” şirkəti ilə yerli sakinlər arasında narazılıq hökm sürür. Yerli əhali sənaye məqsədilə istifadə edilən torpaqlara görə ödənilən kompensasiyanın həcmindən narazıdır.(APA) 


Oxunma sayı: 2091

Oxşar yazılar