Sudanda hərbçilər Abdullah Hamdukun yenidən Baş nazir postuna qayıtmasına razılıq verib

  • 14:35 - 21 Noyabr

Oktyabrın 25-də Sudanda fövqəladə vəziyyət elan edən hərbçilər tərəfindən Baş nazir postundan uzaqlaşdırılmış Abdullah Hamduk yenidən Baş nazir postuna qayıdır.
Bu, hərbçilər və Abdullah Hamduk tərəfindən razılaşdırılmış Bəyannamədə əksini tapıb.
Qeyd edək ki, oktyabrın 25-də Sudan Ordusunun Baş Qərargah rəisi Əbdulfəttah əl-Burhan Baş nazir və digər yüksək vəzifəli şəxsləri vəzifədən uzaqlaşdırdığını, fövqəladə vəziyyət elan etdiyini bildirmişdi. Digər qərarla isə Müstəqillik Şurasını yenidən təşkil etmiş, 14 üzvü olan Şuranın sədrliyini öz üzərinə götürmüşdü. Hərbçilərin hakimiyyəti ələ keçirməsinə etiraz edən xalq kütləvi aksiyalara başlamışdı. Oktyabrın 25-dən indiyə qədər kütləvi aksiyalar zamanı toqquşmalar nəticəsində 40 nəfər ölüb.(APA) 


Oxunma sayı: 2058

Oxşar yazılar