Atlantik Kanadaya güclü siklon yaxınlaşır

  • 13:20 - 21 Noyabr

Kanadanın Atlantik vilayətlərinə güclü leysan siklonu yaxınlaşır.

Bbu barədə Kanada Milli Hava Bürosu xəbərdarlıq verib.

Noyabrın 21-dən 22-nə keçən gecə Yeni Şotlandiya, Nyu-Brunsvik və Şahzadə Eduard Adasında leysan yağışların başlayacağı gözlənilir. Bu müddət ərzində 100-150 mm yağıntı düşə bilər ki, bu da aylıq normadan artıqdır.

Yağışlar noyabrın 24-nə qədər davam edə bilər. Bundan əlavə, əlverişsiz hava 25 m/s-ə qədər fırtınalı küləklə müşayiət olunacaq.


Oxunma sayı: 2124

Oxşar yazılar