Aralıq dənizində daha bir FACİƏ : 75 liviyalı miqrant bataraq öldü

  • 21:05 - 20 Noyabr

Aralıq dənizinin Liviya sahillərində ən azı 75 miqrantın boğularaq öldüyü bildirilir.

Avropa.info xəbər verir ki, bu haqda Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. 

Məlumata görə,Liviya üzərindən Avropaya getmək üçün Aralıq dənizində üzən miqrant qayığının batması nəticəsində 75-dən çox qeyri-qanuni miqrant boğularaq ölüb.

Sağ qalan 15 nəfərin Liviyanın qərbindəki Zuvara şəhərində gəmidən endirildiyi bildirilib.

Son faciə ilə bu il Mərkəzi Aralıq dənizində həyatını itirən qeyri-qanuni miqrantların sayının 1300-ü keçib. 


Oxunma sayı: 2597

Oxşar yazılar