İran dəstəkli husilərə Marib cəbhəsində BÖYÜK ZƏRBƏ : Mənsur Hadi hökuməti husilərin 14700 silahlısını MƏHV ETDİ

  • 20:14 - 20 Noyabr

Yəməndə İran dəstəkli husilər 2021-ci ilin iyun ayından bu yana Marib bölgəsində 14700 silahlısını itirib. 

Avropa.info xəbər verir ki, bu haqda "Frans Press" agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə, 2021-ci ilin iyun ayından bu yana Yəmənin qanuni Mənsur Hadi hökumətinə bağlı qüvvələrin Maribdə 1250 itki verdiyini bildirib.

Husilər 2 ildir ki, strateji yollara nəzarət edən, Yəmənin təbii qaz və neft sərvətlərinə malik Marib şəhərini Mənsur Hadi hökuməti qüvvələrindən almağa çalışır.

2021-ci ilin iyun ayından bu yana husilər Marib şəhərini almaq istəsələr də, böyük itkilər veriblər. Marib İranın dəstəklədiyi husilərin əlinə keçərsə, Yəməndəki müharibədə balans husilərin xeyrinə dəyişə bilər.

Yəməndə 2014-cü ildən bəri davam edən vətəndaş müharibəsində 150-250 min insan ölüb.

Avropa.info


Oxunma sayı: 5578

Oxşar yazılar