SENSASİON GÖRÜNTÜLƏR! Rusiya istehsalı olan raket və tanklar ABŞ küçələrində - FOTO

  • 16:39 - 20 Noyabr

ABŞ-ın Alabama ştatında magistral yolda Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemi və T-72 tankının maketləri görüntülənib. 

Avropa.info xəbətr verir ki, bu modellərin ABŞ Hərbi Hava Qüvvələrinin təşkil etdiyi təlim zamanı “düşmən hədəfləri” kimi istifadə ediləcəyi təxmin edilir.

Çin mənbələri qeyd edir ki, ABŞ Sovet İttifaqının 1983-cü ildə istehsal etdiyi MAZ-543M avtomobili əsasında PS modifikasiyası ilə 5P85S raket buraxılış qurğusunun surətini yaratmağa çalışır. Lakin fotolarda əks olunan modeldə Çin ordusunun bəzi silahlarına xas olan pikselli kamuflyaj var. Eyni zamanda, Çinin hava hücumundan müdafiə sisteminin daha müasir Rusiya istehsalı olan S-300PMU1, S-300PMU2 və S-400 sistemlərinə malik olduğu məlumdur

Hərbi texnikanın natamam şassisinə diqqət çəkən müşahidəçilər, şassinin böyük ehtimalla təlim yerində bitiriləcəyini təxmin ediblər. 


Oxunma sayı: 6612

Oxşar yazılar