Bayden kolonoskopiyadan sonra vəzifəsinə qayıdır

  • 11:52 - 20 Noyabr

ABŞ prezidenti Cozef Bayden kolonoskopiyadan (yoğun bağırsağın müayinəsi) keçdikdən sonra vəzifəsinə qayıdıb və bu müddət ərzində səlahiyyətlərini vitse-prezident Kamala Harrisə verib. Avropa.info bildirir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki Tvitter hesabında məlumat verib. 

Tibbi müayinə Vaşinqton yaxınlığındakı Uolter Rid hərbi xəstəxanasında keçirilib. ABŞ prezidentinin həkimi Kevin O'Konnorun sözlərinə görə, kolonoskopiya zamanı Baydendən bağırsaqdakı polip çıxarılıb. Histoloji müayinə gələn həftə tamamlanacaq. O, polipin çətinlik çəkmədən çıxarıldığını vurğulayıb. Həkim Baydenin heç vaxt bağırsaq xərçəngi olmadığını da qeyd edib. 

Müayinədən sonra Bayden jurnalistlərə açıqlama verib. O, proseduru şərh edərək, bunu gözəl adlandırıb. Amerika lideri həmçinin qeyd edib ki, o, "əla formadadır" və özünü "əla" hiss edir.


Oxunma sayı: 2696

Oxşar yazılar