Hindistanda leysan yağışları: 17 ölü, 100 nəfər itib

  • 11:38 - 20 Noyabr

Hindistanın cənub-şərqində, Andhra-Pradeş ştatında musson leysanları tüğyan edir.

Avropa.info-nun məlumatına görə, bu barədə “The Times of India” xəbər verib. Məlumata görə, təbii hadisə zamanı 100-ə yaxın insan itkin düşüb, azı 17 nəfər ölüb. Ştatın bir sıra ərazilərində 200 mm-ə qədər yağıntı düşüb. Hakimiyyət orqanları zərərçəkənlər üçün müvəqqəti yaşayış düşərgələri yaradıb və əhalini pulsuz yeməklə təmin edib.

Hindistanın baş naziri Narendra Modi Andhra-Pradeşə bütün lazımi yardımı göstərəcəyini vəd edib.


Oxunma sayı: 2036

Oxşar yazılar