Afrin terrorundan sonra Türkiyə Ordusu hərəkətə keçdi - PKK/YPG terrorçularının mövqeləri bombalandı

  • 01:03 - 20 Noyabr

Terror təşkilatı PKK/YPG-nin Suriyada Türkiyənin nəzarətindəki Afrin bölgəsinə raket atması nəticəsində 3 mülki vətəndaş dünyasını dəyişib, 10 nəfər yaralanıb. 

Avropa.info xəbər verir ki, terror təşkilatı Afrin mərkəzinə 6 raket atıb. 

Türkiyə Milli Müdafiə Nazirliyindən edilən açıqlamada, hücumdan sonra terror təşkilatının mövqeləri bombalanıb.

"Terror təşkilatı PKK/YPG daha bir qeyri-insani hücum həyata keçirib. Afrin şəhər mərkəzinə 6 raket zərbəsi endirən terrorçular ilkin məlumata görə 3 günahsız mülki vətəndaşı şəhid edib, 10 mülki vətəndaşı yaralayıb. Müəyyən edilmiş terror hədəflər dərhal Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub”.


Oxunma sayı: 4654

Oxşar yazılar