YPG Suriyada terror aktı törədib, ölənlər və yaralananlar var

  • 23:05 - 19 Noyabr

Terrorçu PKK/YPG qruplaşması Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Afrin bölgəsinə raket zərbələri endirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviter hesabında məlumat yayıb.

İlkin məlumata görə, zərbələr nəticəsində 3 dinc sakin ölüb, daha 10 nəfər yaralanıb. Yaralılar ərazidəki hospitala yerləşdirilib.

Qeyd edilir ki, Afrin şəhər mərkəzinə 6 raket zərbəsi endirilib. Müəyyən edilmiş terrorçu hədəflər dərhal Türkiyə Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.

Hadisə ilə bağlı araşdırma aparılır.(report) 

 


Oxunma sayı: 2652

Oxşar yazılar