Kiyev: Ukrayna ilə Rusiya arasında istənilən gərginlik bütün Avropa üçün ciddi nəticələrə səbəb olacaq

  • 11:34 - 19 Noyabr

Vaşinqtonda ABŞ və Ukrayna müdafiə nazirliklərinin rəhbərlərinin görüşü keçirilib

Ukrayna ilə Rusiya arasında istənilən gərginlik bütün Avropa üçün ciddi nəticələrə səbəb olacaq. Avropa.info xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov Vaşinqtonda Pentaqonun rəhbəri Lloyd Ostinlə görüşündə deyib. 

Danışıqlar Rusiya qoşunlarının Ukrayna sərhədi yaxınlığında cəmləşməsi fonunda baş tutub. “Biz çox yaxşı bilirik ki, Rusiya hər an gərginliyi artıra bilər. Biz ölkəni və uşaqların gələcəyini müdafiə etməyə hazırıq”, - deyə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri bildirib. 

Pentaqon bildirib ki, nazirlər bir sıra təhlükəsizlik məsələlərini, o cümlədən Rusiyanın regionda vəziyyətin sabitliyini pozmaq üzrə hərəkətlərini nəzərdən keçirib və avqustun 31-də Birləşmiş Ştatlar və Ukrayna arasında Müdafiə Tərəfdaşlığı üzrə Strateji Çərçivə haqqında Sazişdə qeyd olunan ümumi prioritetləri irəli sürmək üçün yaxından işləmək barədə razılığa gəliblər.  

“Rusiya təcavüzü ilə mübarizədə ümumi prioritetə ​​nail olmaq üçün bu çərçivəni (ABŞ və Ukrayna arasında Müdafiə Tərəfdaşlığı üzrə Strateji Çərçivə haqqında Saziş) necə tətbiq edəcəyimizi müzakirə etməyi səbirsizliklə gözləyirəm. Biz həmçinin Qara dənizdə təhlükəsizlik, kibermüdafiə və kəşfiyyat mübadiləsi kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparacağıq”, - deyə Ostin Reznikovla görüşdən əvvəl jurnalistlərə bildirib. 

Ukraynalı nazir öz növbəsində qeyd edib ki, o, ABŞ ilə strateji münasibətləri və Vaşinqtonun Rusiya təcavüzünə qarşı yardımını yüksək qiymətləndirir.


Oxunma sayı: 2817

Oxşar yazılar