Ankarada partlayış: Türkiyənin paytaxtında bina çökdü - Ölənlər və yaralılar var - FOTO\VİDEO

  • 09:53 - 19 Noyabr

Ankaranın Keçiören rayonunda binada partlayış baş verib. Avropa.info xəbər verir ki, partlayış nəticəsində bir hissəsi dağılan binada ata və qız ölüb, 4 nəfər yaralanıb.

Qızlarpınarı küçəsindəki 114 saylı binada baş verən partlayışdan sonra hadisə yerinə polis, səhiyyə və yanğınsöndürənlər göndərilib. 

İlk aşkarlamalara görə, qaz sızması səbəbindən baş verdiyi təxmin edilən partlayış nəticəsində binanın bir hissəsi çöküb. 



Hadisə yerinə gələn AFAD və xilasetmə qrupları axtarış itləri ilə çuxurda axtarış-xilasetmə işləri aparıb.

Axtarış-xilasetmə işləri zamanı Umutcan Yeter (21), Beyzagül Yokuş (15), İraq əsilli Osama Kahtan (5), hamilə Zine Abdülkerim Ahmed El Vahap (26), Muhammed Kahtan (35) və Melek Kahtan (2) hadisə yerindən yaralı halda çıxarılıb  və təcili yardımlarla xəstəxanalara göndərilib. 

Yaralılardan Məhəmməd Kahtan və 2 yaşlı qızı Mələk xəstəxanada edilən müdaxilələrə baxmayaraq dünyasını dəyişib. 

Səhiyyə naziri Fahrettin Koca Twitter hesabından partlayışla bağlı açıqlama verib: 

"Keçiörendə baş verən partlayışda eyni ailədən 2 yaşlı qız və 35 yaşlı ata həyatını itirdi. 5 yaşındakı böyük qardaşın vəziyyəti ağırdır. Hamilə qadının müalicəsi davam edir”. 

Təhlükəsizlik lentinin çəkildiyi hadisə yerində polis ətraflı araşdırma aparıb. Dağıntıların təmizlənməsi işləri davam etdiriləcək. 

Həyatını itirən Muhammed Kahtanın 5 il əvvəl Türkiyəyə gələrək OSTİM Mütəşəkkil Sənaye Bölgəsindəki avtomobil təmiri sexində işlədiyi öyrənilib. 

Ankara valisi Vasip Şahin Ankaranın Keçiören də baş verən hadisə ilə bağlı açıqlama verib.

Binada baş verən partlayışın təbii qaz sızmasından olub-olmaması ilə bağlı suala Şahin, "Binada həm təbii qaz sistemi, həm də LPG var. Hansının səbəb olduğu texniki müayinədən sonra məlum olacaq" deyib. 


Oxunma sayı: 2542

Oxşar yazılar