"Beynəlxalq ictimaiyyət Qarabağla bağlı Ermənistanın şikayətlərindən bezib" - Paşinyandan SENSASİON ETİRAFLAR

  • 22:39 - 17 Noyabr

"Beynəlxalq ictimaiyyət Qarabağla bağlı Ermənistanın daimi şikayətlərindən bezib".

Avropa.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Milli Assambleyasında deputatların suallarını cavablandırarkən deyib.

Paşinyan bildirib ki, müəyyən andan etibarən Ermənistanın mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmir. O qeyd edib ki, beynəlxalq gündəm və beynəlxalq əhəmiyyət kəsb edən məsələləri təkcə öz meyarları ilə ölçmək mümkün deyil.

"İndi sual ondan ibarətdir ki, biz yaranmış problemlərin həllinə getmək istəyirik, ya yox. Ermənistan hökumətinin missiyası qərar qəbul etməkdir. Beynəlxalq ictimaiyyət kobud desək, hər iki tərəfi nəhayət öz aralarında razılığa gəlməyə və ortaq dil tapmağa çağırır. Niyə bizə elə gəlir ki, bütün dünya bizim problem və qayğılarımızla yaşamalıdır? Bəlkə öz problemlərimizi özümüz həll etməyimizin vaxtı çatıb? Bu, təxminən dünya ictimaiyyətinin bizə dediyidir. Beynəlxalq tərəfdaşlar baxımından nə ermənipərəst, nə də azərbaycanpərəst nizamlanma yoxdur. Ya nizamlanma var, ya da yoxdur", - deyə erməni baş nazir qeyd edib. 

Avropa.info  


Oxunma sayı: 6744

Oxşar yazılar