General Rüstəm Muradovun Bakıdan üçan təyyarəsi İrəvana endi : Bir erməni hərbçinin meyitini apardı (YENİLƏNİB)

  • 21:38 - 17 Noyabr

Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradovu Bakıdan İrəvana aparan təyyarə yerə enib.

Avropa.info xəbər verir ki, bu barədə "Sputnik Armenia” məlumat yayıb.


Məlumata görə, Muradov özü ilə bir erməni hərbçisinin cəsədini aparıb.

***

"Rusiyanın Cənub Hərbi Dairəsi komandanının müavini, Qarabağdakı sülhməramlıların keçmiş komandanı general-leytenant Rüstəm Muradov Bakıdan İrəvana yola düşüb".

Avropa.info xəbər verir ki, bu haqda "Sputnik Armenia" məlumat yayıb.

"Sputnik Armenia"nın ehtimallara görə, generalın olduğu təyyarədə 16 noyabrda keçirilmiş hərbi əməliyyatlar zamanı məhv edilmiş erməni hərbçilərinin cəsədləri var. Eyni zamanda, təyyarədə əsir düşmüş erməni hərbçilərinin olmadığı da bildirilir.

Məlumata əsasən, R.Muradov Azərbaycan və Ermənistan arasında insidentlərin qarşısının alınması istiqamətində danışıqlar aparacaq. 

Qeyd edək ki, məlumatla bağlı Azərbaycan tərəfindən rəsmi açıqlama edilməyib.


Oxunma sayı: 6678

Oxşar yazılar