"Eşkiya Dünyaya Hökümdar Olmaz"ın İlyasının Şuşa ziyarətinin səbəbi bəlli oldu - Kod adı "Qarabağ", baş rolda Ozan Akbaba (FOTOLAR)

  • 19:49 - 17 Noyabr

"Eşkiya Dünyaya Hökümdar Olmaz" serialında İlyas Çakırbəyli rolu ilə tanınan Ozan Akbabanın Şuşa səfəri ilə bağlı maraqlı xəbərlər yayılmaqdadır. 

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ozan Akbaba Azərbaycana "MGX Film"in qurucusu Müşfiq Quluzadə ilə gəlib.

Məlumata görə, Müşfiq Quluzadə böyük bir layihə ilə gündəmə gələcək. 

Belə ki, Müşfiq Quluzadənin çəkəcəyi və baş rolunda Ozan Akbabanın yer alacağı film Qarabağ Zəfərindən bəhs edəcək. 

Kod adı "Qarabağ" olacaq filimin 2022-ci ilin yayında çəkiləcəyi məlum olub. 

Bu arada Ozan Akbaba və Müşfiq Quluzadə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da daxil olmaqla bir çox bölgələrə səyahət ediblər. 

Avropa.info

Foto - Guluzade ve Akbaba, Kültür Başkenti Şuşa olmak üzere pek çok ili gezdi.
Foto - Ozan Akbaba, MGX Film’in kurucusu Müşvik Guluzade ile Azerbaycan'a gitti.

 


Oxunma sayı: 15247

Oxşar yazılar