İrəvan ŞOKDA : Ermənistan hərbi fonduna yığılan pullar OĞURLANDI - Sərhəddə döyüşlərin getdiyi vaxtda (FOTO)

  • 14:49 - 17 Noyabr

İrəvanda Ermənistan ordusu üçün yığılan pullar oğurlanıb. 

Avropa.info erməni mediasına istinadən xəbər verir ki, dünən gecə saatlarında İrəvanda "Armpoçt"un ofislərindən birinə daxil olan naməlum şəxslər hərbçilərin sığorta fonduna köçürülməsi üçün yığılan pulları oğurlayıblar.

"Uzun müddətdir ki, bütün poçt şöbələrində kassalar quraşdırılıb ki, orada pul yatırmaq istəyənlər hərbi sığorta fonduna da pul köçürsünlər. Dünən gecə sərhəddə gedən döyüşlər fonunda fotoda gördüyünüz bu şəxslər əsgərlərə bağışlanan pulları kassadan soyublar", - deyə erməni mediasında dərc olunan yazıda bildirilir.  

Qeyd edək ki, hadisə anı kameralara düşüb. Erməni mediası həmin şəxslərin fotolarını yayıb.


Oxunma sayı: 5930

Oxşar yazılar