TƏCİLİ! Ermənistan ordusu sərhəddə ağır artilleriyanı işə saldı - ADEKVAT CAVAB TƏDBİRLƏRİ GÖRÜLÜR

  • 14:19 - 16 Noyabr

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Müdafiə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.

Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.


Oxunma sayı: 6744

Oxşar yazılar