Azərbaycanın qələbəsi bütün türk dünyasını qürurlandırdı - Ərdoğan Türk Şurasının Zirvə Görüşündə dedi (VİDEO)

  • 19:13 - 12 Noyabr

"Azərbaycanın qələbəsi bütün türk dünyasını qürurlandırdı."

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının VIII Zirvə Görüşünün bağlanış mərasimində deyib.

"Həftənin əvvəlində Qarabağ torpaqlarının işğaldan azad edilməsinin birinci ildönümünü qeyd etdik. Azərbaycandakı bütün bacı-qardaşlarımı, başda Prezident Əliyevi olmaqla öz adımdan və millətim adından təbrik edirəm. Azərbaycanın qələbəsi bütün türk dünyasını qürurlandırdı. Zirvə toplantısında bu dastana liderlik edən İlham qardaşıma Türk dünyasının Ali ordenini təqdim etdik", - deyə Ərdoğan qeyd edib. 


Oxunma sayı: 10803

Oxşar yazılar