Prezident İlham Əliyev: “Qardaşım Ərdoğan dünyaya göstərdi ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman bizi dəstəkləyəcək

  • 16:57 - 12 Noyabr

Türk dünyasında möhkəm təmələ ehtiyacı olan ortaq baxış formalaşıb. 

Avropa.info xəbər verir ki, bunu İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) liderlərinin VIII Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib. 

Azərbaycan dövlətinin başçısı Azərbaycana hər cür dəstək verən Türkiyənin mövqeyini yüksək qiymətləndirib. 

“Qardaşım Ərdoğan dünyaya göstərdi ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman bizi dəstəkləyəcək”, - dövlət başçısı bildirib. 

Prezident Əliyev Azərbaycanın Naxçıvan Muxtar Respublikasını şərq rayonları ilə birləşdirən Zəngəzur dəhlizinin açılışının əhəmiyyətinə də diqqət çəkib. 

“Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək və bizim üçün Avropa ilə birləşdirici halqaya çevriləcək”, - deyə Azərbaycan lideri vurğulayıb.


Oxunma sayı: 7778

Oxşar yazılar