Ərdoğan Türk Şurasının Zirvə Toplantısında AÇIQLADI: TEKNOFEST gələn Azərbaycanda keçiriləcək

  • 16:49 - 12 Noyabr

Türk Şurasının 8-ci Zirvə toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST-in gələn il Azərbaycanda keçiriləcəyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Prezident Ərdoğan Demokratiya və Azadlıqlar adasında “Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusunda keçirilən Türk Şurasının 8-ci Zirvə Toplantısında çıxış edib.

Tarixi qərarların veriləcəyi zirvənin həm ölkələri, həm də bütün bəşəriyyət üçün xeyirli olmasını arzulayan Ərdoğan, epidemiyaya rəğmən uğurlu fəaliyyətinə görə dövr prezidentliyinin təhvil alındığı Azərbaycanı təbrik edib. Ərdoğan bu səhər İstanbulun tarixi yarımadasında Şura katibliyinə ayırdıqları yeni binada üzv ölkələrin bayraqlarını birlikdə dalğalandırmanın xoşbəxtliyini paylaşdıqlarını dilə gətirib.

Prezident Rəcəb Tayyib Ərdoğan təşkilatın beynəlxalq bir təşkilat olaraq cazibə mərkəzinə çevrildiyini məmnuniyyətlə müşahidə etdiklərini vurğulayaraq, çıxışını belə yekunlaşdırıb: 

"Bu çərçivədə təşkilatımızın müşahidəçi statusu və ortaqlıqların qurulması prosedurları ilə bağlı qərarları da qəbul edəcəyik. Ailə mənzərəmizi zənginləşdirmək üçün qarşıdakı dövrdə Şimali Kipr Türk Cümhuriyyətini də aramızda görməyi səmimiyyətlə arzu edirik. Quzey Kibrıs Türk Cümhuriyyətini aramızda görməyi ürəkdən arzulayırıq. Prezidentliyimiz dövründə IV Dünya Köçəri Oyunlarına ev sahibliyi edəcəyik. İkincisi mart ayında təşkil edəcəyimiz Antalya Diplomatiya Forumuna hamınızı dəvət edirəm. Ölkəmizdə dörd ildir uğurla keçirilən TEKNOFEST-i gələn il Azərbaycanda keçirəcəyik.Digər qardaş ölkələrdə də təşkil etmək faydalı olar.Sözlərimi bu fikirlərlə yekunlaşdırarkən mən birliyimizin tarixi dönüş nöqtələrindən biri olan zirvə görüşümüzün uğurlara vəsilə olmasını arzulayıram. Keçən hər kəsə təşəkkür edirəm”.


Oxunma sayı: 1145

Oxşar yazılar