Təxribatçı Semyon Peqov Qarabağda sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə gəldi - Haqqında 3 maddə ilə cinayət işi açılıb (FOTO)

  • 01:06 - 12 Noyabr

Vətən Müharibəsi zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan, ​"WarGonzo"nun jurnalisti Semyon Peqov yenidən Qarabağa gəlib.

Bu barədə o, Teleqram kanalında məlumat verib. Peqov Ağdam yaxınlığında qanunsuz xidmət aparan erməni hərbi birləşmələrinin üzvləri ilə görüşüb, şəkillər çəkdirib. O, Azərbaycan Ordusunun mövqelərini də lentə alıb.

Qeyd edək ki, Semyon Peqovun sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərdə olması ilə bağlı xəbərlər yayılmışdı.

Xatırladaq ki, müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baş Prokurorluq tərəfindən qeyd edilən şəxsin vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərilib./qafqazinfo/


Oxunma sayı: 5831

Oxşar yazılar