Türk Şurasının dövlət başçıları İstanbulda toplandı : Prezident İlham Əliyev də Türkiyədədir - TARİXİ QƏRARLAR QƏBUL EDİLƏCƏK

  • 00:34 - 12 Noyabr

Bu gün İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin dövlət başçılarının 8-ci Zirvə Toplantısı keçiriləcək.

Avropa.info xəbər verir ki, Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım Cömert Tokayev, Qırğızıstan Prezidenti Sadır Çaparov, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev, Türkmənistan Prezidenti Kurbankulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdad Amreyevin iştirak edəcək.

“Rəqəmsal əsrdə Yaşıl Texnologiyalar və Ağıllı Şəhərlər” mövzusu ilə keçiriləcək sammitdə liderlər gündəmdəki geniş müzakirələr aparacaq və təşkilatın gələcəyi ilə bağlı bir sıra mühüm məsələlər üzrə qərarlar qəbul edəcəklər.

Tarixi sammitdə Türkmənistanın təşkilatda müşahidəçi üzv kimi iştirakına dair qərarlar, üçüncü ölkə və qurumlarla əlaqələrin müəyyən edilməsi və müşahidəçi üzvlük meyarları, Türkiyə İnvestisiya Fondunun yaradılmasının tamamlanması, təşkilatın orta və uzunmüddətli hədəf və proqramını özündə əks etdirən "Türk Dünyası - 2040 Vizionu"nun təsdiq edilməsi ilə bağlı qərarlar verilməsi gözlənilir.

Digər tərəfdən, görüşdə liderlər regional və beynəlxalq siyasi və iqtisadi inkişaflar barədə də fikir mübadiləsi aparacaqlar.

Təşkilatın müddətli sədrliyinin Azərbaycandan Türkiyəyə keçəcəyi sammitdə dövlət başçıları Türk Şurasının 8-ci Zirvə Toplantısının yekun sənədi olan İstanbul Bəyannaməsini və bir sıra qətnamələri imzalayacaqlar.

Türk Şurasının 8-ci Zirvə Toplantısında təşkilat çərçivəsində əməkdaşlığa yeni miqyas qazandırmaq və üzv dövlətlər arasında inteqrasiyanın növbəti səviyyəyə daşınacağı mühüm dönüş nöqtəsi yaratmaq məqsədi hədəflənir.

Türk Şurası Xarici İşlər Nazirləri Şurası gündəmdəki məsələlər və imzalanacaq sənədlərlə bağlı yekun işi görmək üçün İstanbulda toplanacaq.


Oxunma sayı: 1750

Oxşar yazılar