Goris-Qafan yolunda son vəziyyət: Paşinyan alternativ yol təklif etdi - VİDEO

  • 19:20 - 11 Noyabr

Qafana gedən marşrutun dəyişdirilməsi nəticəsində heç bir kəndlə əlaqə kəsilməyib.

Avropa.info qaynarinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Qeyd edək ki, noyabrın 11-i gecə yarısından etibarən Goris-Qafan yolunda Azərbaycan Ermənistan vətəndaşlarının yüklərinə gömrük və pasport nəzarəti həyata keçirməyə hazırlaşırlar. Qərarına cavab olaraq Ermənistan baş naziri həmin yolla hərəkət edən vətəndaşları alternativ Qafan-Ağvanlı-Tatev-Halidzor-Şurnuxu M2 yolundan istifadə etməyə çağırıb.

"Bir neçə kənddə yolların keyfiyyətinin yaxşılaşdırılması zərurətdir, biz bu məsələni tez bir zamanda həll edəcəyik. Fərziyyədən qaçmaq üçün xatırlatmalıyam ki, Azərbaycan keçid məntəqəsi Ermənistan ərazisində deyil. Söhbət Eyvazlının bölməsindən gedir. Başqa bir sual yarana bilər ki, Ermənistan vətəndaşlarının həmin yoldakı yüklərinə sərhəd nəzarətinin həyata keçirilməməsi ilə bağlı danışıqlar aparmaq olmazmı? Mümkündür, amma onun ödənişli dəhliz olacaq, bu bizim üçün qəbuledilməzdir”, deyə Nikol Paşinyan bildirib.

Paşinyan bildirib ki, baş nazir müavinlərinin üçtərəfli görüşündə qeyd olunan heç bir dəhliz mövzusu müzakirə edilməyib və müzakirə edilməyəcək: Biz regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıyıq, yaxın gələcəkdə konkret həll yollarına nail olacağımıza ümid edirik”.


Oxunma sayı: 6282

Oxşar yazılar