İlk terrorçu ailə: PKK terror təşkilatının "lideri" Öcalanın yaxın adamı öldürüldü - "Türkiyə PUA-ları vurdu" İDDİASI

  • 10:50 - 11 Noyabr

Suriyada terror təşkilatı PKK-nın işğalı altında olan Qamışlıda baş verən partlayışda terror təşkilatının başçısı Abdullah Öcalanla yaxın münasibətdə olan Yusuf Gülo da daxil olmaqla 3 nəfər ölüb.

Avropa.info xəbər verir ki, ötən gün Qamışlının Hilaliyə məhəlləsində bir avtomobildə partlayış baş verib. Naməlum səbəbdən baş verən partlayışda 3 nəfər ölüb.

PKK-ya bağlı media orqanları avtomobildə ölənlərin Yusuf Gülo və onun qohumları Mazlum və Mahmud Gülo olduğunu bildirib.

"Yeni Şafak"da yazılan başqa bir ətraflı məlumata görə, Gülo ailəsi Suriyada terror təşkilatı PKK-ya dəstək verən ilk ailələrdəndir. Yusuf Qulo Suriyada gizləndiyi müddətdə Abdullah Öcalanın özündən təşkilatçılıq təhsili alıb.

Oxşar xəbərlə çıxış edən "Türkiyə" qəzeti PKK media orqanlarının “mülki vətəndaş” adlandırdığı terrorçu Gülonun 1983-cü ildə terror təşkilatının Suriya qolunu quran ilk şəxs olduğunu yazıb.

"Türkiyə" qəzetinin eyni xəbərinə görə, 1980-ci illərin əvvəllərində PKK terror təşkilatına qoşulan Yusuf Gülo 2011-ci ildən sonra Afrin və Qamışlı kimi bölgələrdə terror kantonlarının yaradılmasında fəal rol oynayıb. O, bütün işğal olunmuş ərazilərdə terror düşərgələrinin yaradılmasını təmin edib. PKK-nın terror üsulları ilə ələ keçirdiyi türkmən və ərəb kəndlərində on minlərlə hektar torpaq sahəsini və sənaye müəssisələrini ələ keçirən Yusuf Gülo bu talançılıq fəaliyyətlərindən əldə etdiyi pulların bir hissəsini terror təşkilatına göndərərək, əhəmiyyətli bir hissəsini də mənimsəyib.  Mənbiç, Qamışlı, Dırbesiyə, Rakka, Deyr əz-Zor və Hasekedə həyata keçirilən hər ticarət fəaliyyətindən terror təşkilatının adına qəsb alan dəstənin başında da eyni adam durur. Bu dəstə PKK terror təşkilatı adına eyni bölgələrdə həyata keçirilən bütün əkinçilik fəaliyyətlərindən təhlükəsizlik marjası adı altında yüzdə 20 nisbətində pul qoparır.


Oxunma sayı: 2014

Oxşar yazılar