Türk kəşfiyyatı və TSQ-dan İraqda ortaq əməliyyat: PKK terror təşkilatının daha bir lideri MƏHV EDİLDİ

  • 00:14 - 11 Noyabr

Türkiyə Milli Kəşfiyyat Teşkilatı (MİT) ve Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Gara bölgəsində həyata keçirdiyi ortaq əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının "mərkəzi komitəsinin" üzvü, qırmızı bülletenlə axtarışda olan Nazlı Taşpınar məhv edilib.  

Avropa.info xəbər verir ki, bu haqda Anadolu Agentliyi məlumat yayıb. 

A.A-nın  Türkiyə təhlükəsizlik qaynaqlarına istinadən verdiyi məlumata görə, terror təşkilatının idarəçilərinin zərərsizləşdirilməsi çərçivəsində təqib edilən "Emine Erciyes" kod adlı Nazlı Taşpınarın Garadakı gizləndiyi yer MİT tərəfindən təsbit edilib. Bundan sonra MİT və TSQ-nın birgə əməliyyatı nəticəsində terrorçu məhv edilib.

Gara'da operasyon: Kırmızı kategoride aranan Nazlı Taşpınar öldürüldü - Son  dakika haberleri

1994-cü ildə PKK-ya qatılan Taşpınara o zamanlar Abdullah Öcalan şəxsən təlim keçib.

Terror təşkilatı daxilində müxtəlif səviyyələrdə fəaliyyət göstərən və qadın terrorçuların hazırlanmasında rolu olan Taşpınar, Türkiyəyə qarşı bəzi terror aktlarına rəhbərlik edib.

Avropa.info


Oxunma sayı: 2982

Oxşar yazılar