Maliyyə Nazirliyinin mətbuat katibinə yeni vəzifə verildi - FOTO

  • 21:56 - 10 Noyabr

Maliyyə Nazirliyində yeni yaradılmış İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Avropa.info "oxu.az"a istinadən xəbər verir ki, maliyyə nazirinin müvafiq əmrinə əsasən bu vəzifəyə Mayis Piriyev təyin olunub. O, indiyə qədər Maliyyə Nazirliyinin mətbuat katibi vəzifəsini icra edib.

M.Piriyev Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, müxtəlif illərdə “Yeni Azərbaycan” qəzetində, İctimai Televiziya və Radio yayımları şirkətində çalışıb.

Mayis Piriyev məlumatı təsdiqləyib.

Maliyyə Nazirliyinin mətbuat katibinə yeni vəzifə verildi

Oxunma sayı: 3268

Oxşar yazılar