"Bizə Azərbaycanda, Suriyada nə işiniz var deyənlər, bəs siz Atatürkün yolu ilə gedirdiniz?" - Ərdoğan

  • 13:49 - 10 Noyabr

"Mustafa Kamal Atatürk Liviyada, Suriyada, Çanaqqalada, Qafqazd sərhədlərimizdə, Anadolunun hər qarışında mübarizə apardı. İndi bəziləri bizə deyirlər ki, Azərbaycanda, Suriyada nə işin var? Bəs siz Atatürkün yolu ilə gedirdiniz? Dürüst deyilsiniz."

Avropa.info xəbər verir ki, bunu "Atatürkü anma törənində" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan, Atatürkün sərəncamının hazırkı Türkiyənin yol xəritəsi olduğunu bildirib.

"ABŞ-da BMT binasının düz qarşısına Türkevi tikdirdik. Və orada mesajımızı ən yaxşı şəkildə verdik. Qazi Mustafa Kamalın bu sərəncamı bugünkü Türkiyənin yol xəritəsidir. Türkiyə bu gün də Suriyada, Liviyada və Qafqazdadır. Bu ölkədə Mustafa Kamalın regionumuzu əhatə edən siyasi və diplomatik irsini mənimsəyən biri varsa, o da bizik. Atatürk adının arxasında gizlənənlər nə edir? Millətinin əleyhinə olan fəaliyyətlərin dəyirmanına su daşıyan bir kəsimlə qarşı-qarşıyayıq. Avropaya gedib ölkəsini şikayət edənlər bunlardır. Bizdən Qərb səfirlərinə şikayət edənlər bunlardır",-deyə Ərdoğan qeyd edib.


Oxunma sayı: 7954

Oxşar yazılar