SON DƏQİQƏ: Ukrayna ordusu Donbasda strateji əhəmiyyətə malik kəndi rus separatçıların işğalından azad etdi

  • 13:01 - 10 Noyabr

Ukrayna ərazisində özünü "müstəqil" elan edən separatçı "Donetsk xalq respublikası" Ukrayna ordusunun Donbasda təmas xəttində yerləşən Staromarevka kəndini geri aldığını açıqlayıb.

Avropa.info xəbər verir ki, bu haqda qondarma "dxr"in "xarici işlər naziri" Natalya Nikonorova Rusiya mediasına açıqlamasında deyib.

"Ukrayna silahlı birləşmələri irəliləyişlərini davam etdirərək Staromarevka kəndini ələ keçirib, orada Ukrayna bayrağını sancıb, yeni istehkamlar ucaldıb və səngərlər düzəldiblər", - deyə separatçı Natalya Nikonorova bildirib.

Qeyd edək ki, oktyabrın sonunda “Babel” xəbər saytı Ukrayna Müdafiə Nazirliyindəki mənbələrə əsaslanaraq, Kiyev qüvvələrinin Staromarevka kəndini işğaldan azad etdiyini bildirmişdi. Lakin, Ukrayna Silahlı Qüvvələri bu xəbəri təkzib etmişdi. 


Oxunma sayı: 8570

Oxşar yazılar