Doğum günündə şəhid olan baş leytenant Ağaqardaş Abbasovun ANIM GÜNÜ QEYD OLUNUR -FOTOLAR

  • 13:55 - 05 Noyabr

44 günlük Vətən müharibəsində şəhid olmuş Zərdab rayonunun Hüseynxanlı kənd sakini baş leytenant Ağaqardaş İlham oğlu Abbasovun şəhadətinin ildönümü qeyd olunub.

Avropa.info xəbər verir ki, şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı Hüseynxanlı kəndində anım mərasimi keçirilmişdir.

Mərasimdə  Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Gənclər və idman idarəsinin rəisi, Təhsil şöbəsinin müdiri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidin məzarı ziyarət olunmuş, onun əziz xatirəsi ehtiramla anılmış, dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmış,atasına və qohumlarına başsağlığı verilib.

Şəhidin ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki,Baş leytenant Ağaqardaş Abbasov 28 sentyabr 2020-ci il tarixində Füzuli istiqamətində düşmənin snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin! 

image-252559121_371573064757459_3649542597994739934_n
image-252433163_1212238019297930_4480033913774606983_n
image-253555444_1073347956538882_8272991890101575728_n
image-253394952_382997126902550_7524420061979994997_n
image-253320268_2694943760808926_2376972681259383675_n
image-252882442_4780886071958017_210035222749821014_n
image-253280076_1265871707213349_4023010395232534155_n
image-252508985_1006268173284481_2194943796785553609_n
image-252671763_3105130636422300_3524576950097346574_n
image-252873444_2261832457322916_1122561284554565001_n
image-253555188_462891991835390_9111836735698979646_n
image-252873058_492365785127189_6228414875097551309_n-1
image-252741849_1227056297786549_6495371250988287119_n
image-252712755_885992708786050_1505497829370044784_n-1
image-252593272_277127457510591_2343584363656404700_n-1
image-252614084_371834197847252_5532463369533470462_n
image-252873273_285924240071743_5454731381233395274_n-1
image-252622871_392751322578577_1759287979752038016_n

Oxunma sayı: 12717

Oxşar yazılar