İstanbulda ABŞ əsgərlərinin başına ÇUVAL KEÇİRMİŞDİLƏR : Gənclər sərbəst buraxıldı - "Peşman deyilik, qürur duyuruq" (VİDEO, FOTO)

  • 00:45 - 04 Noyabr

Dünən İstanbulun Sarayburnu rayonunda ABŞ əsgərlərinin başlarına çuval keçirən Türk Gənclik Birliyinin (TGB) 17 üzvü polisdə ifadələri alındıqdan sonra sərbəst buraxılıb. 

Avropa.info xəbər verir ki, ABŞ-ın girdiyi bütün ölkələri qana buladığını bildirən TGB üzvləri əməllərindən peşman olmadıqlarını bildiriblər.

Sarayburnu sahilində lövbər salan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidə olan heyətin başına torba keçirən Türkiyə Gənclik Birliyinin (TGB) üzvləri İstanbul Prokurorluğunun təlimatı ilə saxlanılmışdı. İstanbul Polis İdarəsində izahatları alınan 17 TGB üzvü İstanbul Məhkəməsinə aparılıb.

TGB fəalları məhkəmədən sərbəst buraxılıb. Fəallar haqqında məhkəmə nəzarəti qərarı çıxarılıb.

TGB-nin hadisə ilə bağlı verdiyi açıqlamada, "Dünyada məğlub olan ABŞ Türkiyədə də məğlub olur. Girdikləri hər yerdən qaçmaq məcburiyyətində qalacaqlar. ABŞ-ın Türkiyədə xaos yaratmaq planlarına imkan verməyəcəyik. Qanlı çəkmələri ilə bu torpaqlara ayaq basa bilməyəcəklər, etdiyimiz əməldən peşman deyilik, qürur duyuruq” ifadələri yer alıb.

Avropa.info


Oxunma sayı: 6854

Oxşar yazılar